AZ

Krımda "Telegram" və "WhatsApp"a məhdudiyyət qoyuldu

Krımda "Telegram" və "WhatsApp" mesajlaşma proqramlarının fəaliyyəti məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" regional telekommunikasiya operatoru "Volna"ya istinadən məlumat yayıb.

Şirkətdən bildirilib ki, sözügedən mesajlaşma proqramlarının funksionallığı məhduddur və bu, Rusiyadakı bütün operator, provayderlərə aiddir. Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") mesajlaşma proqramlarını bloklamaq üçün bu tədbirləri görüb və Krım İnformasiya Nazirliyi vətəndaşlara milli mesajlaşma proqramını yükləməyi tövsiyə edib.

Qeyd edək ki, əvvəllər Rusiyanın cənubunda "Telegram" və "WhatsApp" xidmətlərində ciddi fasilələr müşahidə edilirdi. "Roskomnadzor" izah edib ki, məhdudiyyətlər fırıldaqçılarla mübarizə, həmçinin rusların təxribat və terror fəaliyyətlərində iştirakına qarşı tətbiq edilir.

Seçilən
15
1
publika.az

2Mənbələr