AZ

Macarıstanın Baş naziri Trampla görüşəcək

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 7-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək. 

Missiya.Az xəbər verir ki, görüş zamanı enerji, müdafiə, iqtisadiyyat və maliyyə sahələrində əməkdaşlıq sazişləri imzalanacaq, həmçinin Ukraynadakı sülh prosesi müzakirə olunacaq.

Orbanın şəxsi katibi Gergely Gulyas bildirib ki, bəzi sazişlər artıq müzakirə olunub, digərləri isə davam edir. O əlavə edib ki, görüşdə ABŞ-nin Rusiya neftinə tətbiq etdiyi sanksiyalardan Macarıstanın azad olunması məsələsi də gündəmə gələcək.

Qeyd edək ki, Tramp Ukraynadakı müharibəni bitirmək üçün əvvəlcə Budapeştdə Putinlə görüşməyi planlaşdırsa da, fikir ayrılıqları səbəbindən görüş təxirə salınıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr