AZ

Ukrayna dron hücumları ilə Rusiyanın strateji əraziləriniHƏDƏFLƏDİ

Ukrayna Silahlı Qüvvələri Krım və Rusiyanın dörd regionuna - Bryansk, Belqorod, Kursk və Kaluj vilayətlərinə hücum etməyə cəhd göstərib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram kanalında məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, ümumilikdə Ukrayna tərəfi Rusiya ərazilərinə 30 pilotsuz uçuş aparatı buraxmağa cəhd edib, lakin onların hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Ən çox dron Bryansk vilayəti üzərində - 11 ədəd - vurulub. Belqorod üzərində 10, Krım üzərində 4, Kursk bölgəsində 3, Kaluj vilayəti və Qara dəniz akvatoriyası üzərində isə hərəsi bir dron zərərsizləşdirilib.

Rusiya tərəfi bildirir ki, hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Aytəkin TOFİQQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr