Ən çox yayılan xərçəng növlərindən biri olan süd vəzi xərçənginə kişilərdə də rast gəlmək mümkündür.
Ölkə.Az xəbər verir ki, bunu Türkiyənin Düzce Universitetinin Ümumi Cərrahiyyə şöbəsinin müdiri, professor Mevlüt Pehlivan deyib.
O bildirib ki, piylənmədən əziyyət çəkən insanlarda qan dövranında və lokal yerli estrogen səviyyələrinin yüksəlməsi, xərçəng hüceyrələrinə təsir edə biləcək böyümə faktorlarında dəyişikliklər və sağlam bağırsaq bakteriyalarının balansının pozulması əsas faktorlardan biridir:
“Bilirik ki, piylənmə metabolik xəstəliklər, yüksək təzyiq, diabet, oynaq problemləri, depressiya və şəxsi psixososial problemlərlə yanaşı, xərçəng riskini də artırır. Sinə xərçəngi bu xərçəng növlərindən biridir. Piylənmədən əziyyət çəkən insanlarda döş xərçəngi riski daha yüksəkdir. Bu xərçənginin dəyişdirilə bilən amillərinə baxdıqda deyə bilərik ki, qidalanma vərdişləri, sağlam qidalanma və çəki nəzarəti əsasdır”.
Həkimin sözlərinə görə, sinə xərçəngini kişilərdə aşkarlamaq daha asandır:
“Bu risk xüsusilə piylənmədən əziyyət çəkən kişilərdə yüksəkdir. Bu kütlə kişi sinəsində daha asan ələ gələcək şəkildə olur. Vəzi şişlərinin hormonal dövrlərlə çox əlaqəsi var. Yağ toxumasının estrogen təsiri var. Buna görə də, piylənmə ilə əlaqəli döş xərçənginə kişilərdə bir qədər daha çox rast gəlinir. Kişiləri xüsusilə deyirəm, çünki sinə xərçəngi çox vaxt yalnız qadın xəstəliyi kimi qəbul edilir. Nadir hallarda olsa da, kişilərdə də döş xərçənginə rast gələ bilərik”.
Billurə
 
 
                        