AZ

İdxal olunmuş energetik içkilərdə uyğunsuzluq aşkarlanıb

Bakı. Trend:

AQTA-nın nəzarət tədbirləri çərçivəsində “Orxan 011” MMCtərəfindən Türkiyədən ölkəmizə idxal olunmuş “Paril Gida AlkoqolsuzFonksiyonal İçecekler” müəssisəsinin istehsal etdiyi “Nitro Max”əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərmanvasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsiaşkarlanıb.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, ümumi sayı 4656 ədəd olan məhsul partiyalarının(19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal vəson istifadə tarixli) ölkəmizin idxal tələblərinə, o cümlədənqüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən“Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsindən məhsulidxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisininhüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərarqəbul edilib.

Məqalədə:
Seçilən
21
14
az.trend.az

10Mənbələr