AZ

“Rosneft”-in törəmə şirkətini ələ keçirmək istəyirlər

“Rosneft”-in

Almaniya ABŞ sanksiyalarının tətbiqindən sonra Rusiyanın neft nəhəngi “Rosneft”in yerli bizneslərini milliləşdirmək və sonradan onları xarici investora satmaq imkanlarını araşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Almaniyanın prioriteti “Rosneft”in Almaniyadakı törəmə şirkətini ABŞ sanksiyalarından birdəfəlik azad etməkdir, lakin Almaniya rəsmiləri biznesi milliləşdirməyi və sonradan onu xarici investora satmağı düşünürlər.

Nəşr xatırladır ki, ABŞ Maliyyə Nazirliyinin Rusiya neft nəhənginin Almaniyadakı törəmə şirkətini 2026-cı ilin aprel ayına qədər ABŞ sanksiyalarından azad edən lisenziya verdiyini açıqlayıb.

Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü hökumətin ABŞ hakimiyyəti ilə “çox intensiv” əlaqə saxladığını və verilən lisenziyanın “ilk addım” olduğunu bildirib. Onlar bu azadolmanın gələn ilin aprel ayından sonra daha da uzadılması üçün danışıqlar aparırlar.

Qeyd olunur ki, Berlin Moskvaya kompensasiya ödəmək məcburiyyətində qalması ilə bağlı narahatlıqlar səbəbindən indiyə qədər “Rosneft”in yerli aktivlərinə nəzarəti ələ keçirməkdən çəkinib.

İddiaya görə, Rusiyada neft emalı zavodları və digər investisiyaları olan alman şirkətləri Kremlin sərt cavab tədbirlərinə məruz qala bilərlər.

V. QULİYEV
Seçilən
6
1
reyting.az

2Mənbələr