AZ

Şəhid abidəsinə qarşı hörmətsizlik- HƏBS EDİLDİ

Ajans.az xəbər verir ki, rayon sakinlərinin verdiyi məlumata görə, hadisə Göyçay şəhərinin Natəvan küçəsində yerləşən şəhid bulağında baş verib. Naməlum şəxs abidənin ərazisindəki işıq lampalarını sındırıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən dərhal tədbirlər görülüb və hadisəni törədən  şəxs müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxs barəsində toplanan materiallar Göyçay Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
14
Ajans.az

1Mənbələr