AZ

Rusiya 6 aydan sonra Suriyadakı bazaya uçuşları bərpa etdi

Rusiya Suriyanın Lətakiya vilayətində yerləşən Hmeymim aviabazasına uçuşları yenidən başladıb.

Musavat.com  xarici mediaya istinadən xəbər verir ki, bu addım ölkədə hakimiyyət dəyişikliyindən sonra altı aylıq fasilədən sonra atılıb.

"Flightradar24" məlumatlarına əsasən, ən azı iki rus hərbi təyyarəsi son günlərdə Suriyaya eniş edib.

Bunlardan biri — İl-62M nəqliyyat təyyarəsi — Liviyadan Lətakiyaya, oradan da Moskva vilayətinə uçub. Digəri isə An-124-100 “Ruslan” olub; bu təyyarə 24 oktyabrdan bəri üç dəfə Lətakiya aeroportuna enib.

Mənbələr bildirir ki, bu uçuşlar Rusiya ilə Suriya arasında hərbi-logistik əlaqələrin bərpası və regionda Moskvanın mövqelərini gücləndirmək istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
5
1
musavat.com

2Mənbələr