AZ

Arda Turan üçün erkən vida: “Şaxtyor”a böyük şok

16:32 30.10.2025
16:32 30.10.2025

"Şaxtyor” türkiyəli baş məşqçi Arda Turanın rəhbərliyi altında Ukrayna Kubokuna erkən vida edib.

Mynews.az xəbər verir ki, Donetsk təmsilçisi 1/8 final mərhələsində səfərdə "Dinamo” (Kiyev) klubuna 1:2 hesabı ilə uduzaraq turnirdən kənar qalıb.

"Valeriy Lobanovski” stadionunda baş tutan qarşılaşmada Kiyev klubunun qollarını Andriy Yarmolenko və Eduardo Gerrero vurub. Donetsk təmsilçisinin yeganə qoluna isə Luka Meyrelles imza atıb.

Qeyd edək ki, A.Turan mövsümün əvvəlindən Donetsk təmsilçisini çalışdırır.


Seçilən
32
mynews.az

1Mənbələr