AZ

Serbiya millisinin yeni baş məşqçisi bilindi

BAKI, 30 oktyabr. TELEQRAF

Serbiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf xəbər verir ki, yığma Velko Paunoviçə həvalə olunub.

Bu barədə Serbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssisə millini DÇ-2026-nın əsas mərhələsinə vəsiqə qazandırmaq hədəfi qoyulub.

Noyabrda serblər mundialın seçmə mərhələsi çərçivəsində İngiltərə (13 noyabr) və Latviya (16 noyabr) ilə həlledici oyunlar keçirəcəklər.

Qeyd edək ki, Velko Paunoviç əvvəllər Serbiyanın 21 yaşadək futbolçulardan ibarət komandasını, İngiltərənin "Ridinq", Meksikanın "Qvadalaxara" və "Tiqres", həmçinin İspaniyanın "Real Ovyedo" klublarını çalışdırıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr