"İstanbul Avrasiyanın biznes və mədəniyyət mərkəzlərindən biridir".
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 18-ci Verona Avrasiya İqtisadi Forumundakı çıxışı zamanı deyib.
O, iqtisadi inkişafın mühüm nəqliyyat və ticarət yollarının kəsişdiyi Avrasiyada cəmləşdiyini bildirib.
Putin Verona Avrasiya İqtisadi Forumunun illər ərzində siyasətçilərin, sahibkarların, elm adamlarının və mütəxəssislərin qatıldığı əhəmiyyətli bir tədbirə çevrildiyini də vurğulayıb.
 
                        