AZ

Onlarla insanın meyitini küçəyə düzdülər - Braziliyada dəhşət (VİDEO)

Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən narkotik qruplarına qarşı genişmiqyaslı əməliyyat keçirilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Favela” adlanan gecəqondu məhəllələrində keçirilən əməliyyat zamanı 4-ü polis olmaqla ümumilikdə 132 nəfər həyatını itirib.

Şəhər sakinləri gecə boyunca meyitləri Penha Meydanında toplayıblar. Bəzi braziliyalılar isə polis qüvvələrini toplu edam həyata keçirməkdə ittiham ediblər. Rəsmilərin açıqlamasına görə, əməliyyat iki aydan artıq müddətdə planlaşdırılıb və xüsusi təyinatlı qüvvələr şübhəliləri ormanlıq ərazidə pusquya salmaq məqsədilə hərəkət edib.

Rio-de-Janeyronun ictimai təhlükəsizlik katibi Viktor Santos, əməliyyatın ölümcül nəticələrinin “arzuolunmaz, lakin gözlənilən” olduğunu bildirib. Braziliya ədliyyə naziri Rikardo Levan­dovski isə federal hökumətin əməliyyatdan əvvəl məlumatlandırılmadığını açıqlayıb. Onun sözlərinə görə, prezident Luis İnasiu Lula da Silva baş verən hadisələri “şokla” qarşılayıb. Prezident Silva çıxışında narkotik mənşəli zorakılıqlara qarşı mübarizənin zəruriliyini vurğulayıb, lakin polis və günahsız ailələrin təhlükəyə atılmadan karterlərə qarşı daha koordinasiyalı əməliyyatların aparılmasına çağırıb.

Dəhşətlisi budur ki,  onlarla insanın meyiti küçələrə düzülüb. Şəhər sakinləri meyitlər arasında öz yaxınlarını axtarır. Sözügedən görüntülər dünya mediasının diqqətini çəkib. 

Gülayə Mecid 

Seçilən
15
unikal.az

1Mənbələr