AZ

Sırski ETİRAF ETDİ: "Vəziyyət mürəkkəbdir"

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, ölkə ordusunun Krasnoarmeysk istiqamətində vəziyyəti mürəkkəb olaraq qalır.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb və həmin istiqamətə səfər etdiyini qeyd edib.

Bundan əvvəl "The New York Times" qəzeti yazmışdı ki, Ukrayna hərbçiləri Krasnoarmeyskdə çətin və kritik vəziyyətdə qalıblar.

Rusiya prezidenti Vladimir Putin isə daha əvvəl bəyan etmişdi ki, Ukrayna qüvvələri Kupyansk və Krasnoarmeysk rayonlarında blokadaya alınıb.

Beləliklə, həm Rusiya, həm də Qərb mənbələrinin məlumatları göstərir ki, Krasnoarmeysk (Pokrovsk) istiqaməti hazırda Rusya-Ukrayna müharibəsində cəbhənin ən gərgin və strateji baxımdan mühüm nöqtələrindən biridir.

Seçilən
17
ikisahil.az

1Mənbələr