AZ

"Airbus"un xalis gəliri 1,1 milyard avroya çatıb

Avropa aerokosmik korporasiyası "Airbus" ilin üçüncü rübünü 17,8 milyard avro gəlirlə başa vurub ki, bu da 14% artım deməkdir.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Şirkətin xalis mənfəət də 14% artaraq 1,1 milyard avroya çatıb. "Airbus"un müdafiə bölməsi üçüncü rübdə ən böyük gəlir artımını 17% artımla qeydə alıb.

Oktyabrın əvvəlində "Airbus" artan tələbat səbəbindən "Eurofighter" istehsalını ikiqat artıracağına söz vermişdi. Mülki təyyarə bölməsində gəlir artımının 12% olduğu bildirlir.

Seçilən
14
ikisahil.az

1Mənbələr