AZ

DTX-nın Balakən əməliyyatı dövlətimizin vəzifə cinayətlərinə qarşı mübarizədəki prinsipiallığını göstərir

Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti  (DTX) tərəfindən keçirilən əməliyyat nəticəsində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. Onunla yanaşı daha bir neşə şəxsin də saxlanıldığını bildirilir.

Xatırladaq ki, bu, DTX tərəfindən rayon icra hakimiyyətlərində həyata keçirilən yeganə əməliyyat deyil. Sözügedən qurum  bundan öncə də bir neçə rayonda oxşar əməliyatlar həyata keçirmiş, nəticədə rüşvət və korruspiyaya yol verən bir sıra icra başçısının məsuliyyətə cəlb olunmuşdur. Bütün bu tədbirlərin davamı kimi DTX-nın Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat da ciddi mətləblərdən xəbər verir.

Bu, hər şeydən öncə dövlətimizin rüşvət və korripsiyaya, hər cür vəzifə cinayətinə qarşı sistemli və prinsipial mübarizə apardığını göstərir. DTX-nın Balakən əməliyyatı sübut edir ki, ölkəmizdə vəzifəli şəxslərin qanunsuz əməllərinə qarşı mübarizə ciddi bir iradənin məhsuludur və epizodik xarakter daşımır.

İkincisi, məlum əməliyyat göstərdi  ki, Prezident İlham Əliyevin “heç kim toxunulmaz deyil” fikri həqiqətdir və qanunu pozan hər hansı bir şəxs, vəzifəsindən, statusundan asılı olmayaraq, qanun qarşısında cavab verməyə hazır olmalıdır.

Üçüncüsü, DTX bununla isbatladı ki, heç kim və heç nə diqqətdən kənarda deyil və dövlət hər kəsin qanuna münasibətdəki mövqeyinə ciddi şəkildə nəzarət edir, dövlət büdcəsinə qənim kəsilən, xalqın sosial rifahının yaxşılaşması yolunda maneəyə çevrilən şəxsləri qətiyyətlə neytrallaşdırır.

Nəhayət, DTX-nın Balakən əməliyyatı öz fəaliyətində qanunun aliliyini deyil, şəxsi maraqlarını əsas tutan hər bir vəzifə sahibi üçün ciddi xəbərdarlıq, əsl ibrətdir. Və kim ki, bu xəbərdarlığı lazımınca ciddiyə almır, özünü qanunun fövqündə hesab edir, onların həbs edilən icra başçıları ilə eyni aqibəti bölüşəcəyi gün uzaqda deyil!

Seymur ƏLİYEV

 

Seçilən
20
moderator.az

1Mənbələr