AZ

Naxçıvanda toy bitdi, dava başladı: Araya girən şəxs REANİMASİYALIQ OLDU

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danyeri kəndində toy məclisindən sonra baş verən dava nəticəsində bir nəfər ağır xəsarət alıb.

Bu barədə Oxu.Az-a vətəndaş Aytac Abdurəhimli məlumat verib.

Onun sözlərinə görə, dayısı Rafiq Salman oğlu Cəfərov oktyabrın 18-də toy məclisindən sonra fiziki şiddətə məruz qalıb:

"Məclis bitdikdən sonra bir neçə nəfər arasında mübahisə yaranıb. Rafiq Cəfərov dava edən şəxsləri sakitləşdirmək istəyəndə özü altı nəfər tərəfindən vəhşicəsinə döyülüb. Hücum edənlərdən ikisi məlumdur - Seymur və Qəşəm adlı qardaşlar. Dayımın ona şiddət göstərən şəxslərlə heç bir şəxsi ədavəti olmayıb".

Vətəndaşın iddiasına görə, dayısını döyən şəxslər zərərçəkmişin üzərindən 8 min manatdan çox məbləğdə pulunu götürüblər:

"Dayım qəssabdır. Evdən çıxanda pul götürüb, planı belə imiş ki, məclis bitəndən sonra gedib səhər kəsmək üçün heyvanlar alsın. Amma davadan sonra pul yoxa çıxıb, həmin şəxslərdən şübhələnirik. Dayım 13 gündür ki, reanimasiyada yatır və vəziyyəti ağırdır. Oktyabrın 21-də Şərur Rayon Polis İdarəsinə məlumat vermişik. Hadisəni törədən şəxslər hələ də azadlıqdadır".

Qeyd edək ki, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
oxu.az

1Mənbələr