"Real Madrid" rəhbərliyi UEFA-nı məhkəməyə verəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış AS nəşri yayıb.
 
Mənbənin məlumatına görə, "kral klubu" Avropa Superliqası layihəsini təbliğ edən A22 şirkəti ilə birlikdə külli miqdarda pul təzminatı almaq istəyir. Konkret, İspaniya nəhəngi UEFA-dan 4,5 milyard avro təzminat tələb edəcək.
Madrid məhkəməsi daha əvvəl UEFA, La Liqa və Rusiya Futbol Federasiyasının (RFEF) Super Liqanın başlaması ilə bağlı verdiyi şikayətini rədd edib. Bunun ardınca layihənin tərəfdarları UEFA-nı məhkəməyə vermək hüququ qazanıblar.
"Real Madrid" hazırda La Liqa turnir cədvəlində birinci yerdədir. "Kral klubu" son matçında "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.
Mirağa
 
                        