Uşaqların emosional inkişafı və valideynlə münasibətinin möhkəmlənməsi üçün yatmazdan əvvəl deyilən sözlər böyük əhəmiyyət daşıyır.
Pravda.az bildirir ki, valideynlərə bu 6 ifadəni hər axşam uşaqlarına deməyi tövsiyə edilir:
“Bugün günün necə keçdi?” – Uşağınızla günün hadisələrini paylaşmaq və onu dinləmək etibar hissini gücləndirir.
“Bugün daha yaxşı necə olardı?” – Bu sual uşağın düşünmə və problemləri dəyərləndirmə bacarığını inkişaf etdirir.
“Səni sevirəm.” – Uşağa şərtsiz sevgi mesajı vermək onun özünəinamını artırır.
“Sabah yeni bir başlanğıcdır.” – Pis keçən günün arxada qaldığını və hər səhərin yeni ümidlər gətirdiyini xatırladır.
“Sənin valideynin olduğum üçün çox xoşbəxtəm.” – Uşağa dəyərli olduğunu hiss etdirir.
“İndi ən çox nəyə minnətdarsan?” – Minnətdarlıq hissini öyrətmək uşağın pozitiv düşünmə vərdişlərini gücləndirir.
Mütəxəssislərin fikrincə, bu cür sadə, amma mənalı dialoqlar uşağın özünü güvənli, sevilən və dəyərli hiss etməsinə kömək edir.
Əminə Bayramova
 
                        