AZ

Rusiyanın altı hava limanında uçuşlar dayandırılıb

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) nümayəndəsi Artem Korenyako özünün Telegram kanalında yayıb. Rosaviasiyanın məlumatına görə, məhdudiyyətlər Vnukovoda saat 03:05-də (Bakı vaxtı ilə 04:05-də) və Domodedovoda saat 03:22-də qüvvəyə minib. Oxşar tədbirlər ölkənin digər dörd regional hava limanında saat 02:58-dən etibarən tətbiq edilib. Qurumun açıqlamasında qeyd olunur ki, bu məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Daha əvvəl Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan dörd pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirmişdi.

 

Seçilən
11
Ajans.az

1Mənbələr