Bakı. Trend:
Uorik və Monaş universitetlərinin alimləri yeni antibiotik –metilenomisin C laktonu kəşf ediblər. Sözügedən antibiotik onilliklər ərzində ən çox tədqiq edilən bakteriyalardan biri olan“Streptomyces coelicolor”la bağlı sınaqlarda diqqətdən kənardaqalıb.
Trend bu barədəxarici KİV-lərə istinadən xəbər verir.
“Journal of the American Chemical Society” (JACS) jurnalındadərc olunan bu kəşf tibb elmi sahəsində böyük tərəqqqiyə yol açabilər.
Məlum olub ki, bu birləşmə tanınmış “metilenomisin A”antibiotikindən 100 dəfə daha təsirlidir və MRSA və VRE kimitəhlükəli qram-müsbət bakteriyalara qarşı yüksək effektivlikgöstərir.
Tədqiqatçılar bu maddəyə təsadüfən rast gəliblər - onlarmetilenomisin sintezinin ara mərhələlərini öyrənərkən bu birləşmənikəşf ediblər. Aparılan sınaqlar göstərib ki, yeni maddənin təsirinədemək olar bir ay məruz qalan bakteriyalar dayanıqlılıqrezistentlik inkişaf etdirə bilməyiblər. Bu isə müasir tibb üçünson dərəcə nadir və mühüm xüsusiyyətdir.
 
                        