AZ

Münasibətlərdə məsuliyyət hansı qaydada olmalıdır?

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar sosial mediada gənc qızlara münasibətlərdə “özünü birinci yerə qoy” çağırışları çox yayılıb.

Bloger-psixoloqlar qızlara səsini qaldırmamağı, razılaşmamağı, öz dəyərini bilməyi öyrədirlər. Bu tövsiyələr əhəmiyyətlidir, amma məsələ yalnız qadının davranışına çevriləndə yarımçıq qalır.

Münasibətlərdə məsuliyyət və hörmət hər iki tərəfə aiddir. Yalnız kişilərin davranışını tənzimləmək və qadını “müdafiə” etməyə çağırmaq kifayət deyil. Qadınlar da öz davranışlarına diqqət etməli, əks tərəfə hörmət göstərməli, yalan danışmamalı, alçaldıcı ifadələrdən və şit zarafatlardan uzaq durmalıdırlar. Qısqanclıq, manipulyasiya və sözlərlə alçaltma heç bir münasibətdə yer tutmamalıdır.

Unutmaq olmaz ki, özünə hörmət etməyən bir insan başqasından hörmət tələb edə bilməz. Münasibət varsa, məsuliyyət də iki tərəfə bölünür. Bu, yalnız qadınların deyil, kişilərin də davranışını tənzimləmək deməkdir. Sağlam, davamlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdə hər iki tərəf özünü və əksini nəzərə almalıdır.

Nəticədə, münasibətlərdə uğur “özünü birinci yerə qoymaq”dan yox, qarşılıqlı hörmət, dürüstlük və məsuliyyət bölüşdürməkdən keçir.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
icma.az

1Mənbələr