Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.
"Rusiya beynəlxalq nüvə sınaqları moratoriumunun mümkün pozulmalarını diqqətlə izləyir və belə bir hal baş verərsə, müvafiq şəkildə hərəkət edəcək".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“ABŞ suveren dövlətdir və suveren qərarlar qəbul etmək hüququna malikdir. Amma xatırlatmaq istəyirəm ki, Prezident Vladimir Putin dəfələrlə bəyan edib ki, əgər kimsə moratoriumdan geri çəkilərsə, Rusiya vəziyyətə uyğun şəkildə hərəkət edəcək”, - o qeyd edib.
Bundan əvvəl ABŞ Prezidenti Donalr Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etmək tapşırığı verdiyini bəyan etmişdi. ABŞ rəhbəri bunun hansı növ sınaqlardan bəhs etdiyini və buraya nüvə başlıqlarının partladılması kimi sınaqların daxil olub-olmadığını dəqiqləşdirməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.