AZ

Fransanın ədliyyə naziri Sarkoziyə baş çəkdi

Fransanın ədliyyə naziri Jerald Darmanin Parisdəki Sante həbsxanasına baş çəkib, burada seçki kampaniyasını maliyyələşdirdiyinə görə cəza çəkən Fransanın keçmiş prezidenti Nikola Sarkozi ilə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti yazıb.

Onun sözlərinə görə, onların görüşü çərşənbə günü axşam saatlarında həbsxana rəisinin iştirakı ilə baş tutub və təxminən 45 dəqiqə davam edib. Əsas mövzulardan biri keçmiş prezidentin təhlükəsizlik tədbirləri olub. Darmanin həbsxana işçiləri ilə də təxminən bir saat danışıb.

Bundan əvvəl Fransanın “Tabe Olmayanlar” partiyasından olan parlament üzvləri Hugo Bernalicis və Daniel Obono Sarkoziyə qarşı iddia edilən xüsusi rəftarı araşdırmaq üçün həbsxanaya baş çəkiblər. “Europe 1” radiosunun məlumatına görə, üzvlər parlamentdəki hüquqlarından istifadə edərək istənilən vaxt həbs yerlərinə elan edilmədən baş çəkiblər.

Buna baxmayaraq, həbsxana rəhbərliyi onlara Sarkozinin kamerasına daxil olmaqdan qəti şəkildə imtina edib.

Yeganə

 

Seçilən
8
busaat.az

1Mənbələr