2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 4,3 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 292 milyon dollar və ya 6,3% azdır.
Hesabat dövründə Türkiyə ilə ticarət əməliyyatlarının Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində payı 12,25% olub. Bu müddətdə:
- Azərbaycanın Türkiyəyə ixracı: 2,6 milyard dollar (-11,8%)
- Türkiyədən idxal: 1,7 milyard dollar (+3,2%)
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 35,375 milyard dollar olub. Bunun 18,606 milyard dolları ixrac, 16,769 milyard dolları isə idxal payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,3% azalıb, idxal isə 14,5% artıb.
Fuad Mədətov
Finss.az