AZ

Azərbaycanda strartabların investorlara əlçatanlığı ilə bağlı problemlər var -Doğan Tomris

Azərbaycanda startapların qarşılaşdığı əsas problemlərdən biri biznes bacarıqlarının çatızmazlığı və investorlara əlçatanlıqla bağlıdır. Bunu anews.az-a aıqlamasında “DK Agency” şirkətinin direktoru, ticarət idarəetmə və françayzinq üzrə mütəxəssis Doğan Tomris deyib. 

Onun sözlərinə görə, gənc mütəxəssislər texniki bilik və ideya baxımından böyük potensiala malik olsalar da, biznes modeli qurmaq, bazar araşdırması aparmaq və maliyyə planlaşdırmaq sahələrində kifayət qədər təcrübəyə sahib deyillər.

“Gənclər ideya yaradır, lakin onu düzgün biznes layihəsinə çevirməkdə çətinlik çəkirlər. Gürcüstanda təxminən 7–8 min aktiv startap mövcuddur, Azərbaycanda isə “Startap şəhadətnaməsi” almış şirkətlərin sayı 200 civarındadır və onlardan yalnız təxminən 20-si real fəaliyyət göstərir. Onların investora əlçatanlığı da problemdir", - o bildirib. 

Gülnar Nazimqızı 

Seçilən
9
2
anews.az

3Mənbələr