AZ

Türkiyədə güclü zəlzələ olacaq? -

"Biz dağlıq ərazidə düzənliklərdən dağlara doğru uzanan bir-birinin ardınca beş-altı qırıq xətt müəyyən etdik. Buradakı qırılma dünya ədəbiyyatında "ölü fay" olaraq adlandırılır”.
Metbuat.az “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Dokuz Eylül Universiteti (DEÜ) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin direktoru professor Hasan Sözbilir deyib. Hasan Sözbilir 27 oktyabrda İstanbulda baş verən 6,1 bal gücündə zəlzələdən sonra Balıkəsirin Sındırgı rayonunda elmi araşdırma apardıqlarını bildirib. O, Yaylacık, Emendere, Aktaş və Sinandədə də dağlıq ərazidə yeni qırılma xətlərini təyin etdiklərini açıqlayıb. Sözbilir, təsbit edilən qırılma xəttinin zəlzələnin mərkəz nöqtəsindəki mexanizmlə uyğunlaşdığını vurğulayıb: "Hazırda biz qırılmaları səthdə görürük, lakin onlar 10 kilometr dərinliyə qədər uzana bilir və oradakı gərginlikdən asılı olaraq zəlzələlər yarada bilir. Bölgədəki beş-altı qırıq bir-birini tətikləyir, zəlzələlər yaradır. Ona görə də zəlzələlər heç vaxt dayanmır". Professor daha sonra əlavə edib: "Onların uzunluğu 35-40 kilometrə çatır. Birinci zəlzələdə 6,1 bal gücündə, ikinci zəlzələdə də 6,1 bal gücündə bir qopma baş verdi. Üçüncü dəfə yenə 6,1 bal gücündə qırılma baş verə bilər”.

Alim qeyd edib ki, təsbit edilən qırıqların üçdə ikisi parçalanıb, qalan üçdə birinin isə böyük bir zəlzələ meydana gətirmə ehtimalı yoxdur.

Seçilən
9
metbuat.az

1Mənbələr