Hamiləlik zamanı dəridə yaranan çatların qarşısını almaq üçün krem və gellərin təsirsiz olduğunu ginekoloq bildirib.
News365.az xəbər verir ki, həkim deyib ki, çatların aradan qaldırılması üçün təbii üsullardan istifadə etmək daha faydalıdır:
“Bir litrlik qazlı suyun qazını çıxardın və içinə iki xörək qaşığı təmiz zeytun yağı əlavə edin. Qarışığı yaxşıca çalxalayın. Daha sonra bədənin çat olan nahiyələrinə sürtün. Bu üsul çatların azalmasına və getməsinə kömək edə bilər” – deyə ginekoloq açıqlayıb.
Həkim vurğulayıb ki, təbii üsullar həm dərinin sağlamlığına zərər vermir, həm də hamiləlik dövründə təhlükəsizdir.