AZ

Azərbaycandan Türkiyəyə göndərilən 163 ton almaq məhv edildi

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəyə ixracı nəzərdə tutulan alma məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb.

AQTA-dan Lent.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Fueqo” MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.

Məhsul partiyaları Türkiyə Respublikasının idxal tələblərinə, o cümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
10
lent.az

10Mənbələr