AZ

Gürcüstan prezidenti Aİ kursunu DƏSTƏKLƏYİB

Gürcüstan prezidenti və keçmiş futbolçu Mixail Kavelaşvili ölkənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəklərini açıqlayıb.

Busaat.az xəbər verir ki, o, bu barədə Acarıstan televiziyasına müsahibəsində bildirib.

“Biz Avropa Birliyinin üzvü, Avropanın bir hissəsi olmaq istəyirik. Avropanın bir hissəsi olmaq əcdadlarımızın arzusudur, bir çox nəsillər bunu arzulayıb və ölkəmiz Avropanın tamhüquqlu üzvü olmaq üçün çoxlu fırtınalardan keçib”, – Kavelaşvili bildirib.

Eyni zamanda, Gürcüstan prezidenti qeyd edib ki, Aİ-yə gedən yol öz dəyərlərinin və şəxsiyyətinin qorunması ilə müşayiət olunmalıdır. Bundan başqa, Kavelaşvili Gürcüstanda Avropaya inteqrasiya prosesinin hələ başlamadığını bildirib.

Bundan əvvəl Mixail Kavelaşvili bəyan etmişdi ki, Qərb dövlətlərinin Tiflisdən tələb etdiyi Rusiya ilə müharibə Gürcüstan üçün fəlakətə gətirib çıxaracaq. O əlavə edib ki, ölkəsi Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyib və ora humanitar yardım göndərib.

Yeganə

 

Seçilən
39
busaat.az

1Mənbələr