“Ramiz Mehdiyev olayı cəmiyyəti silkələyib əməlli-başlı. Artıq Azərbaycan cəmiyyətində müzakirələr gedir və narahatlıq, narazılıq var. İllərdir Ramiz Mehdiyevi təhdid olaraq görən insanlar da nəhayət ki, onun real təhdid kimi meydana çıxmasının həm də dövlət səviyyəsində tanınmasını sevinclə qarşılayırlar”.
Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O, vurğulayıb ki, Ramiz Mehdiyev tipində bir adamın durub bu cür iddialarla ortaya çıxması Azərbaycan dövləti üçün ciddi təhlükədir:
“Arxası Moskva ilə bərabər kim bilir haralara bağlı olan bu adam əlbəttə ki, özünə böyük bir şəbəkə qurmuşdur. Üstəlik də əlində böyük pullar var, təsir imkanlar çox genişdir. Onun bütün bu üstünlüklərlə dövlətə bu cür xəyanət yolu tutmasa haqqında iddialar səsləndirilir. Təhdiddir, amma onun hesabda bir məsələni gözdən qaçırmış olduğunu da deməliyik. Bu gün Azərbaycan elə bir mərhələyə gəlib çıxıb ki, Prezident İlham Əliyev və Azərbaycan xalqı arasında nəinki Ramiz Mehdiyev, heç bir qüvvə uçurum yarada bilməyəcək. Çünki İlham Əliyev Müzəffər Ali B komandandır, Azərbaycan torpaqlarını uzun illik işğaldan azad etmiş komandandır və üstəlik də 10 illərlə yurd yerinə həsrət qalan insanları yurdlarına qaytarmaqla dünyaya səs salan bir liderdir. Əlbəttə ki, Azərbaycan xalqı öz prezidentinin arxasındadır, arxasında olmağa da davam edəcək. Yəni burada Ramiz Mehdiyevin hesabı tutmamış sayılır”.
A.Həsrət qeyd edib ki, ümumi götürəndə bu gün Azərbaycanın istər hakimiyyət istərsə də qeyri hakimiyyət strukturlarında yəqin ki, Ramiz Mehdiyevin basdırdığı minalar hələ də qalmaqdadır. Onun sözlərinə görə, əsl təhdid, təhlükə də məhz onlardır.
“Ramiz Mehdiyev ayzberqin görünən hissəsidir. Görünməyən hissəni də aşkarlamaq, üzə çıxarıb müvafiq tədbirlər görmək, özü də mümkün qədər tez etmək vacibdir. Əks təqdirdə, Azərbaycanda sabotaj, şantaj və sairə şəbəkələr işə düşə, gərəksiz yerə ictimai rəyi məşğul edə bilərlər. Bu baxımdan düşünürəm ki, dövlətin addığı addımların arxasında biz vətəndaşlar da qətiyyətlə dayanmalıyıq. Elə etməliyik ki, bu proses Azərbaycanda həm daxilən, həm də xaricən təlatüm yaratmasın. Bəxtimiz onda gətirib ki, Ramiz Mehdiyev və onun ağılda olanlar rusiyayönlü, rusiyameyillidirlər. Ənənəvi olaraq da Azərbaycanda heç vaxt ümumi ictimai rəy Rusiyadan yana olmayıb. Əksinə, Rusiyaya meyillənən hər kəsə Azərbaycanda xalqın hətta deyərdim ki, nifrət olub və bu, bu gün də belədir”- deyə siyasi ekspert bildirib.