AZ

Bir yaşlı Səmanın düşdüyü arxın görüntüləri - VİDEO

Bir çox sürücü hələ də yanacaq doldurarkən ciddi səhvə yol verir. Mütəxəssislərin fikrincə, bu, avtomobilin yanacaq sisteminə zərər verə və nəticədə yüksək təmir xərclərinə səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, yanacağın bahalaşması və xərclərin artması sürücüləri hər damcı yanacaqdan daha səmərəli istifadə etməyə məcbur edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, dizel mühərrikli avtomobillərdə yanacaq doldurarkən edilən kiçik bir səhv mühərrik sisteminə ciddi zərər vura bilər.

Dizel mühərriki üzrə mütəxəssis Aldis Ozols bildirib ki, yanacaqdolduran tapança ilk dəfə “klik” siqnalı verdikdə dərhal doldurmanı dayandırmaq lazımdır:
“İlk siqnal sadəcə xəbərdarlıq deyil, bu, avtomobilin yanacaq sistemini qoruyan bir təhlükəsizlik elementidir. Dəstəyi sıxmağa davam etmək sistemdəki hava bərpa mexanizmini zədələyə bilər.”

Mütəxəssis qeyd edib ki, müasir dizel mühərrikləri yüksək təzyiqli və dəqiq yanacaqpüskürmə sistemlərinə malikdir. Bu sistemlərin normal işləməsi üçün yanacaq çənində müəyyən hava boşluğu qalmalıdır. İlk klikdən sonra da yanacaq vurmağa davam edilərsə, bu hava sahəsi aradan qalxır və sistemdə təzyiq balansı pozulur. Nəticədə komponentlər sıradan çıxır və mühərrikdə nasazlıqlar yaranır.

Həddindən artıq doldurulmuş yanacaq ümumilikdə sistemi tıxayır, mühərrikdən qayıdan artıq yanacaq özünə yer tapa bilmir. Bu da təzyiq balansının pozulmasına və forsunkaların  nasazlığına səbəb olur.

Bu cür nasazlıqlar mühərrikin faydalı iş əmsalını azaldır və bahalı təmir xərclərinə gətirib çıxarır. Forsunkaların, yüksək təzyiqli yanacaq nasosunun və yanacağın geri qayıtması magistralının təmiri və ya dəyişdirilməsi çox baha başa gəlir. Zərər çox vaxt dərhal bilinmir. Vaxt keçdikcə yanacaq sərfiyyatı artır, mühərrikdə nasazlıq yaranır və qaz xaricetmə sistemi sıradan çıxır.

Mütəxəssislər bildirirlər ki, temperatur artdıqca dizel yanacağı genişlənir. Soyuq havada tam dolu çən, gün ərzində temperatur artdıqda sistemdə təzyiq yarada və magistrallara zərər verə bilər. Bu da həm yanacaq sızması, həm də sensor nasazlıqları ilə nəticələnə bilər.

Nəticə etibarilə, yanacaqdoldurma nasosunun avtomatik söndürmə sistemi təkcə rahatlıq üçün deyil, həm də mühərrik təhlükəsizliyi üçün nəzərdə tutulmuş mexanizmdir.
 Avtomatik klik siqnalını gözardı etməyin. İlk klikdə dayanın, yanacaq tapançasını çıxarın və rahatlıqla yola davam edin. Bu, həm avtomobilinizi, həm də cibinizi qoruyacaq.

Eltac Zülfüqaroğlu

Seçilən
11
avtosfer.az

1Mənbələr