AZ

"PSJ" klubu itki ilə üzləşdi

Fransanın "PSJ" klubu itki ilə üzləşib.

"Unikal" xəbər verir ki, Paris təmsilçisinin aparıcı futbolçularından olan Desire Due sıradan çıxıb.

O, "Liqa 1" 10-cu turunun "Loryan"la matçında zədələnib. 20 yaşlı vinger meydandan xərəklə çıxarılıb. Onun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gətiriləcək.

Qeyd edək ki, Desire Due bu mövsüm "PSJ"nin heyətində keçirdiyi 15 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

Seçilən
10
2
unikal.az

7Mənbələr