AZ

“Toyota” şirkəti 1 milyondan çox avtomobili geri çağırır

Bakı. Trend:

“Toyota Motor” avtomobil konserni Yaponiyada təxminən 1,28milyon avtomobili geri çağırır. Kütləvi çağırışa səbəb panoramikgörüntünü idarə edən proqram təminatındakı nasazlıqdır.

Trend xəbər verirki, bu barədə Yaponiyanın Nəqliyyat Nazirliyi məlumat verib.

Qeyd olunur ki, söhbət avtomobillərdə quraşdırılmış kameralarıngörüntülərini displeylərə çıxaran panoramik görüntü proqramtəminatından gedir. "Toyota" bu proqramdakı xəta nəticəsində bəzənekranda düzgün olmayan təsvirlərin görünə biləcəyinəmüəyyənləşdirib.

Çağırışa sentyabr 2021-2025-ci illər arasında istehsal olunmuş42 model daxildir. Həmin proqram təminatının işləməsində 26nasazlıq halı qeydə alınsa da bunun heç bir yol-nəqliyyathadisəsinə səbəb olmadığı qeyd olunur.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr