Belqrad, 30 oktyabr, AZƏRTAC
Suriya Kosovonu müstəqil və suveren bir dövlət kimi tanıyıb.
AZƏRTAC xəbər verir ki, Suriya və Kosovo nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirdikləri görüşdə qarşılıqlı rəsmi tanınma, əməkdaşlıq və ortaq anlaşmanın inkişafı ilə bağlı mövzular müzakirə edilib.
Kosovo Prezidenti Vyosa Osmani bununla bağlı Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraaya təşəkkürünü bildirib.
Baş nazir Albin Kurti isə Suriyanın bu qərarı ilə Kosovonu tanıyan 120 ölkə sırasına qoşulduğunu deyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad