AZ

Baxşıyev ikisinin ximətindən məhrumdur, biri isə...

Misli Premyer Liqasının 10-cu turunda "Sumqayıt"ın qonağı olacaq "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub. 

Bunu Fanat.Az-a açıqlamasında Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov deyib:

"Cəzalı oyunçu yoxdur. Rahil Məmmədovla Əyyub Allaş zədəli olduqları üçün "Sumqayıt"a qarşı oynamayacaqlar. Bəxtiyar Həsənalızadənin də yüngül zədəsi var. Onun meydana çıxıb-çıxmayacağı oyun günü bilinəcək".

Qeyd edək ki, "Sabah" - "Qəbələ" oyunu noyabrın 2-də keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr