AZ

Ermənistan Hindistandan milyard dollarlıq təyyarələr alacaq

Yerevan Nyu-Delhi ilə "Su-30" qırıcı təyyarələrinin alınması barədə danışıqlar aparır. Təyyarələrin tədarükünün 2027-ci ildə başlayacağı gözlənilir.

Bu barədə "Indian Defense" yazıb.

Məlumatda bildirilir ki, tərəflər arasında müvafiq danışıqlar aparılır. Sövdələşmə bağlanmaq üzrədir.

Gözlənildiyinə görə, Ermənistan ümumən 2.5-3 milyard dollarlıq 8-12 təyyarə alacaq.

Söhbət "Su-30MKİ"nin daha çox Hindistan istehsalı olan sistemlərlə yenilənmiş modifikasiyasından gedir. Üstəlik, qırıcı təyyarələrin komponentlərinin əhəmiyyətli hissəsi Rusiyadan tədarük ediləcək.

İlkin məlumata görə, təyyarələrin tədarükü 2027-ci ildə başlayacaq, 2029-cu ildə isə başa çatacaq.
Seçilən
9
4
7news.az

5Mənbələr