AZ

Almaniyanın Nauen şəhərində 100 kiloqram narkotik vasitə aşkarlanıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Berlin, 30 oktyabr, AZƏRTAC

Almaniyanın Brandenburq əyalətindəki Nauen şəhərində hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində narkotik laboratoriyası kimi istifadə olunan obyekt aşkarlanıb.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, əməliyyat zamanı 100 kiloqram çəkidə istifadəyə hazır narkotik vasitə və 200 min avrodan çox nağd pul aşkarlanıb. İki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Sənaye zonasında icarəyə götürülmüş anbar binasında yaradılan laboratoriyada “amfetamin” qrupuna aid “3-CMC” və “4-CMC” adlı maddələr müəyyən edilib. Aşkarlanan kimyəvi maddələrin təhlükəsiz daşınması və utilizasiyası üçün xüsusi avadanlıq və vasitələr tələb olunduğundan bu prosesin hətta bir neçə gün davam edə biləcəyi qeyd olunub. Əməliyyata 150 nəfər polis və gömrük əməkdaşı cəlb olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
azertag.az

2Mənbələr