AZ

Tibb müəssisələrində növbələr aradan QALDIRILACAQ

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin tapşırıqlarının icrası nəticəsində həm regionlarda, həm də Bakı şəhərində dövlət tibb müəssisələrində tibbi xidmətlərin çeşidi xeyli artıb. Bunun sayəsində icbari tibbi sığortanın tətbiqindən əvvəl ay ərzində 200–300 nəfər müraciət etdiyi halda, hazırda gündəlik müraciət sayı 2000–3000 nəfər civarındadır. Bu, vətəndaşların Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində yüksək səviyyəli tibbi xidmətlərə etimadının artdığını göstərir.

Hafta.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.

O deyib ki, artıq tibb müəssisələrinə inamın səviyyəsi yüksəlib və vətəndaşlar daha çox sayda xidmət əldə etmək üçün bu müəssisələrə müraciət edirlər:

“Əlbəttə, müraciətlərin çoxalması növbələrin yaranmasına səbəb olur. Lakin bu növbələrin aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən ciddi islahatlar həyata keçirilir”.

Vüqar Qurbanovun sözlərinə görə, artıq tibb müəssisələrinə növbə terminalları quraşdırılıb. Vətəndaşlar iş saatının başlanmasından etibarən elektron şəkildə növbə götürə və daha sonra həkimlərə müraciət edə bilirlər. Bundan əlavə, bir çox tibb müəssisəsində onlayn randevu sistemi tətbiq olunub ki, vətəndaşlar özlərinə uyğun vaxtda tibbi xidmət əldə edə bilsinlər.

İcraçı direktor əlavə edib ki, TƏBİB-in Müşahidə Şurasının qərarı ilə bir il əvvəl ölkə üzrə Təcili Tibbi Yardım Mərkəzinin yaradılması barədə qərar qəbul olunub. Bu istiqamətdə infrastrukturun yenilənməsi, ambulans qarajlarının müasirləşdirilməsi və digər islahatlar həyata keçirilir. Dünya və ölkə normativləri nəzərə alınmaqla tələb olunan sayda yeni təcili tibbi yardım avtomobilləri təmin edilib.

Seçilən
6
1
hafta.az

4Mənbələr