Rusiyanın Mari El Respublikasında toy karvanında atəş açan azərbaycanlılar saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Yoşkar-Olada toy mərasimi zamanı atəş açan şəxslərin kimliyini müəyyən ediblər.
Müəyyən edilib ki, mərasim iştirakçıları boş tapançalardan atəş açıblar.
Onlar Mari El paytaxtını tərk edərkən saxlanılıb və silahlar onların üzərindən götürülüb. Məlumata görə, xuliqanlıq hərəkətlərində şübhəli bilinən şəxslər saxlanılıb.
Hadisənin bütün halları müəyyən olunması üçün araşdırma aparılır.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar: