AZ

Səməd Seyidov: Azərbaycan artıq beynəlxalq səviyyədə ədalət və sülh ideyalarının müdafiəçisinə çevrilib

Bakı, 30 oktyabr, AZƏRTAC

“Mənim Qarabağa səfərim” kitabı Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq baxımından çox önəmlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Mənim Qarabağa səfərim” kitabının təqdimatı zamanı söyləyib.

"Uzun illər boyu səsimizə, mədəniyyətimizə, haqqımıza qapılar bağlı idi. Amma indi Azərbaycan haqqında kitablar yazılır, filmlər çəkilir, qəhrəmanlarımızın hekayələri dünyada tanınır. Bu təsadüfi deyil, çünki Azərbaycan artıq beynəlxalq səviyyədə ədalət və sülh ideyalarının müdafiəçisinə çevrilib.

Ədalət hissi heç vaxt unudulmamalıdır, çünki ədalətsiz sülh mümkün deyil. Belə kitablar və tədbirlər bu həqiqəti dünyaya göstərmək üçün mühüm vasitədir",- deyə S. Seyidov vurğulayıb.

Seçilən
25
azertag.az

1Mənbələr