Azərbaycanın C5+1 kimi formatlarda iştirak imkanları və potensial rolu nədən ibarətdir? Bu, regiondakı güc balansını necə dəyişə bilər? Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
"Tokayev tərəfindən irəli sürülən təklif maraqlıdır və haqlı məqamları da var. "Böyük Orta Asiyanın təbii hissəsidir" fikri, düşünürəm ki, Azərbaycanın Orta Asiya türk dövlətləri və Orta Asiya ilə əlaqəli digər ölkələrlə sıx münasibətlərini ifadə edir. Təbii ki, coğrafi baxımdan Azərbaycan Cənubi Qafqaz ölkəsidir. Lakin siyasi baxımdan və Orta Asiya dövlətləri ilə olan sıx əlaqələri nəzərə alındıqda, Tokayevin bu fikrini qəbul etmək olar. Eyni zamanda, Azərbaycanın lideri İlham Əliyevin Amerikaya dəvət olunması və orada gedən proseslər də çox müsbət və ciddi töhfə verə bilər. Əgər Tokayev bu məsələni görürsə və Azərbaycan Liderinin orada iştirakının verə biləcəyi faydaları görürsə və qiymətləndirirsə, bu deməkdir ki, bu çox ciddi bir məqamdır və Azərbaycan liderinin orada təmsil olunması həqiqətən prosesə xüsusi rəng qata bilər, həmçinin prosesin daha da irəli getməsinə ciddi dəstək ola bilər. Azərbaycanın regionda və dünyadakı imici, gücü və İlham Əliyevin dünya miqyaslı bir siyasətçi olaraq gördüyü və həyata keçirdiyi işlər bunu deməyə əsas verir. Amerikada belə əhəmiyyətli bir tədbirin təşkili özü çox faydalı bir məsələdir. Azərbaycanın orada iştirakı bu faydalı prosesi yeni mərhələlərə daşıya biləcək bir məsələdir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31