ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi liderin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir Gənclər Evində davam edib, Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, rayon ərazisində fəaliyyər göstərən pambıq zavod emalı müəssisələrinin rəhbərləri və aidiyyəti şəxslər, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq kənd təsərrüfatının ölkə iqtisadiyyatının strateji sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac imkanlarının genişlənməsi və bölgələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar və dövlət dəstəyi nəticəsində sahədə modern yanaşmalar formalaşıb, Beyləqanda taxılçılıq, pambıqçılıq, heyvandarlıq və digər istiqamətlərdə məhsuldarlıq ilbəil artır.
YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək aqrar sahənin inkişafının dövlət siyasətində prioritet olduğunu qeyd edib və peşə bayramı münasibətilə əməkdaşları təbrik edib.
Beyləqan DAİM-in direktoru Xaliq Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digərləri çıxışlarında kənd təsərrüfatına göstərilən dövlət dəstəyini, subsidiya mexanizmlərini və yeni texnologiyaların tətbiqinin məhsuldarlığa təsirini vurğulayıblar.
Sonda kənd təsərrüfatı sahəsində fərqlənən bir qrup əməkdaşa Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.












Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
