AZ

AzMİU-da “Davamlı inkişaf, təmiz mühit — sağlam gələcək” mövzusunda maarifləndirici seminar keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Tələbə Gənclər Təşkilatının Eco klub və SDG klubunun birgə təşkilatçılığı ilə “Davamlı inkişaf, təmiz mühit — sağlam gələcək” mövzusunda maarifləndirici seminar keçirilib. 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, Ekoloji siyasət şöbəsinin Tullantıların idarə edilməsi sektorunun müdiri Mehman Nəbiyev və şöbənin əməkdaşı Sənubər Səmədova, həmçinin “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev çıxış edərək mövzu ətrafında geniş təqdimatlar ediblər. 
Tədbirin məqsədi tələbələr arasında ekoloji mədəniyyətin və dayanıqlı inkişaf prinsiplərinin təbliği, tullantıların idarə olunması sahəsində bilik və bacarıqların artırılması, eləcə də gənclərin bu istiqamətdə fəallığının və potensialının gücləndirilməsi olub. 
Seminar zamanı iştirakçılara tullantıların düzgün idarə olunması, təkrar emalın əhəmiyyəti, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunmasının vacibliyi barədə məlumat verilib. Mütəxəssislər gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının ətraf mühitin mühafizəsinə və cəmiyyətin davamlı inkişafına töhfə verdiyini vurğulayıblar. 
Tədbir interaktiv müzakirələrlə davam edib, tələbələr ekoloji layihələrdə iştirak imkanları barədə məlumatlandırılıblar.
Seçilən
15
ekologiya.az

1Mənbələr