Müğənni Doğuşun yeni imici bəyənilməyib.
Bu onun "instagram" hesabında keçirdiyi sorğu nəticəsində məlum olub.
İzləyiciləri ilə söhbət zamanı məlum olub ki, onun tərzini dəyişərək bığ saxlaması bəzi pərəstişkarlarının xoşuna gəlməyib.
Doğuş isə buna "Mən özümü necə rahat hiss edirəmsə, eləyəm" cavabını verib.
Xatırladaq ki, bir müddət öncə Doğuş tərz dəyişikliyinin film çəkilişi ilə bağlı olduğunu demişdi.

