AZ

"Mançester Yunayted"in dağıstanlı futbolçusu vətəndaşlığını dəyişdi

BAKI, 30 oktyabr. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubunun akademiyasının gənc ulduzu Əmir İbrahimov vətəndaşlığını dəyişib.

Teleqraf "Sport Baza" teleqram səhifəsinə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu FIFA-dan Rusiya vətəndaşı kimi qeydiyyatdan keçib.

Bu, ona Rusiya milli komandasında beynəlxalq səviyyədə oynamağa imkan verəcək. Bundan əvvəl İbrahimov İngiltərənin 16 yaşadək futbolçulardan ibarət komandasında iki oyun keçirib.

Qeyd edək ki, Əmir İbrahimov əslən Dağıstandandır. O, 2019-cu ildə ailəsi ilə birlikdə İngiltərəyə köçüb. İbrahimov cari mövsüm ərzində "Mançester Yunayted"in əvəzedici komandasında bir oyun keçirib və bir qol vurub.

Seçilən
5
teleqraf.com

1Mənbələr