Sabiq "Red Bull" pilotu Serxio Perez keçmiş komandası barədə yeni fikirlər səsləndirib. 

Offsideplus.az xəbər verir ki, meksikalı pilot bu sözləri deyib:

“Red Bull"a Lüis Həmilton və ya Şarl Lekleri gətirməyinizin fərqi yoxdur, hər kəs böyük problemlərlə üzləşəcək. “Red Bull" bolidləri tamamilə Maks Verstappenin seçimləri əsasında qurur. Onun sürücülük tərzi son dərəcə spesifikdir və quruluş tamamilə ona uyğunlaşdırılıb. Həmişə onun ehtiyaclarına uyğunlaşmalısan, bu da belədir". 

Qeyd edək ki, S.Perez 2026-cı ildə "Kadillak" komandası ilə F1-ə qayıdacaq.