
Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin Krasnoqorskoye və Xarkov vilayətinin isə Sadovoye kəndlərini ələ keçirib.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya qoşunları düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləməyə davam edib.
Məlumata görə, “Şərq” və “Qərb” qruplaşmalarının bölmələri kəndlər üzərində nəzarəti ələ keçirib.
Daşqın HəsənovMissiya.Az
