AZ

Xocalıda itkin düşmüş şəhidin dəfn mərasimi keçirilir

BAKI, 30 oktyabr. TELEQRAF

Bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Fikrət Abbas oğlu Əzizovun dəfn mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun şi torpağa tapşırılmaq üçün Qaradağ rayonu, "Sofi Həmid Piri" qəbiristanlığına gətirilib.

Xatırladaq ki, Fikrət Əzizov 1961-ci il yanvarın 13-də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub.

O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Seçilən
34
teleqraf.com

1Mənbələr