AZ

Sezen Aksunun son görüntüsü sosial şəbəkədə gündəm oldu

Sezen Aksunun son görüntüsü sosial şəbəkədə gündəm olduTürk pop musiqisinin əfsanəvi adlarından olan Sezen Aksu uzun fasilədən sonra yenidən gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yaxın dostu Sırrı Süreyya Öndərin vəfatından sonra kədər yaşayan və bu səbəbdən saçlarını qırxdığı bildirilən sənətçinin yeni görüntüsü sosial mediada böyük maraq doğurub.

Uzun müddətdir kameralar və səhnə həyatından uzaq yaşayan Aksu, yaxın dostu Emel Müftüoğlunun paylaşımı ilə ortaya çıxıb. Müftüoğlu paylaşımına: "Dincəlmə fasiləsi verdik, 8 milyon addımdan sonra" sözlərini qeyd edib.

Paylaşılan fotoda Sezen Aksunun şapka və maska ilə olan sadə və təbii görünüşü diqqəti cəlb edib. Görüntü qısa müddətdə sosial mediada minlərlə bəyənmə toplayıb və sənətkarın pərəstişkarları tərəfindən çox sayda şərh yazılıb.

Xatırladaq ki, illərdir səhnələrdən uzaq olan Sezen Aksu, bir müddət əvvəl "Paşa Gönül Şarkıları" adlı albomu ilə pərəstişkarlarına sürpriz etmişdi. Həmçinin sənətçinin "Uzak Şehir" serialına hədiyyə etdiyi mahnı, baş rol ifaçısı Ozan Akbabanın səsi ilə tamaşaçılara təqdim olunaraq diqqət çəkmişdi.

Sənətçi hazırda sakit həyatına davam edir.

Seçilən
17
sonxeber.az

1Mənbələr