AZ

Əksər rayonlarında həkim çatışmazlığı müşahidə olunur- TƏBİB

Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı var. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün dünyada bu hal mövcuddur.

"Bu problemi aradan qaldırmaq məqsədilə "Mentor Klinika" layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", -Qurbanov vurğulayıb.

Qurbanovun sözlərinə görə, xəstəxanalara işə qəbul prosesi nəticələr əsasında həyata keçirilir.  Əgər işçilər sertifikasiya imtahanlarından uğursuz nəticə əldə edirlərsə, onlar ilkin mərhələdə müvəqqəti olaraq tibbi xidmətdən uzaqlaşdırılırlar. 

Aytac

Seçilən
3
anews.az

1Mənbələr